SABAH Facility Management Services

SABAH Facility Management Services ölkəmizdə xüsusi mənzil fondunun idarə edilməsi sahəsində peşəkar və təcrübəli kadr potensialına malik şirkətlərdən biridir.

26
Bina Kompleks sayı
2019‑2026
Xidmət ili
170+
İxtisaslaşmış işçi heyəti
ISO
9001:2015

Peşəkar İdarəetmənin Ünvanı

SABAH Facility Management Services çoxmənzilli yaşayış kompleksləri, iş mərkəzləri, ticarət mərkəzləri, premium yaşayış binaları, kommersiya təyinatlı parkinq xidmətləri və digər daşınmaz əmlak layihələri üzrə idarəetmə xidmətləri göstərən şirkətlərdən biridir.

İlk baxışdan ölkəmizin əmlak sektorunda bu xidmətlərə bir o qədər də tələbat olmadığı təəssüratı yaransa da, reallıq fərqlidir.

Sektorun Reallıqları və Çağırışlar

Əmlak sahəsi ilə əlaqədar qanunvericilikdə boşluqların olması, birgəyaşayış qaydalarının təsdiq edilməməsi, idarəetmə planının olmaması və xidməti normativlərin yoxluğu bu kimi şirkətlərin yaradılmasını və inkişaf etməsini ləngidir. Belə olduğu təqdirdə idarəedici şirkətlərin gəlir əldə etməsi də çətinləşir və bu sahə maraq dairəsində olmur.

  • Mənzil qanunvericiliyindəki boşluqlar və tətbiqetmə çətinlikləri
  • Birgəyaşayış qaydalarının təsdiq edilməməsi
  • İdarəetmə planlarının və xidməti normativlərin yoxluğu
  • İdarəedici şirkətlərin dayanıqlı gəlir əldə etməsinin çətinliyi
  • Yaşayış məqsədli daşınmaz əmlakda mülkiyyətçilərin debitor borc probleminin qalması.
  • Ödəniş mexanizmi və xidmətlərin daha çox tərəflərarası razılaşmalarla tənzimlənməsi.
Sektor Reallıqları

Mənzil qanunvericiliyində aparılan son dəyişikliklərdən sonra müəyyən təsir mexanizmləri formalaşmağa başlayıb.

Facility Management Nədir?

Facility Management Services daşınmaz əmlak obyektlərinin infrastrukturunun idarə edilməsi, binanın daxili mühitində funksionallığın və həyat fəaliyyətinin təmin edilməsi və yaxşılaşdırılmasını nəzərdə tutur. Bu yanaşma daşınmaz əmlakın dəyərinin saxlanmasına, şəhərimizin eksteryerinə və ətraf infrastruktura müsbət təsir göstərir.

Funksionallıq

Binanın daxili mühitində funksionallığın və həyat fəaliyyətinin fasiləsizliyi

Mühəndislik

İnfrastruktur və kommunikasiya sistemlərinin dayanıqlı idarə olunması

Dəyər

Daşınmaz əmlakın dəyərinin saxlanması və uzunmüddətli qorunması

Estetika

Şəhərin eksteryeri və ətraf infrastruktur üçün müsbət təsir

Facility Management

Dəyərlərimiz

Şəffaflıq

Mülkiyyətçilər, kirayəçilər və idarəedici şirkətlər arasında şəffaflığın təmin edilməsi.

Dürüstlük

Hüquqi sənədləşmənin düzgün aparılması və öhdəliklərin ədalətli müəyyən edilməsi.

Etibarlılıq

Qanunlara riayət, etibarlı tərəfdaşlıq və davamlı idarəetmə.

Müştəri Məmnuniyyəti

Müştəri məmnunluğu, sakinlərin maraqlarının qorunması və ölkə iqtisadiyyatına töhfə.

Missiyamız

Missiyamız əmlak hüquqları sahəsində vətəndaşların maarifləndirilməsi, xüsusi mənzil fondunun qorunub saxlanmasının vacibliyinin təbliği və beynəlxalq standartlara əsaslanaraq müştərilərə operativ, yüksək keyfiyyətli xidmət göstərməkdən ibarətdir.

  • Əmlak hüquqları sahəsində vətəndaşların maarifləndirilməsi
  • Xüsusi mənzil fondunun qorunub saxlanmasının vacibliyinin təbliği
  • Beynəlxalq standartlara əsaslanan operativ xidmətin təşkili
  • Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi

Nailiyyətlər və Sertifikatlar

ISO 9001:2015

Keyfiyyət İdarəetmə Sistemi

OHSAS 18001

Əməyin Təhlükəsizliyi

Milli Brend

Yerli sektorun lider şirkətlərindən