Yeni Tikili Binalarda İlk İdarəçi Necə Seçilir? Ümumi Yığıncaq Bələdçisi

İlk İdarəçi Seçimi

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, bina sakinlərinin ümumi yığıncağı, idarəetmə formasını seçmək hüququna malikdir. Bu prosesin qanuni tələblərə uyğun keçirilməsi, gələcəkdə yarana biləcək mübahisələrin qarşısını alır.

İdarəetmənin növləri

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, binalar üç üsulla idarə oluna bilər:

  • Bilavasitə sahə mülkiyyətçiləri tərəfindən.
  • Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən.
  • İdarəedici təşkilat (SABAH FMS kimi fəaliyyət göstərən peşəkar təşkilatlar) tərəfindən.

SABAH FMS olaraq biz binaların idarəetməsini öz üzərimizə götürərkən bütün hüquqi prosedurların tam şəffaf və qanuna uyğun keçirilməsinə texniki dəstək veririk.

Məcəlləyə görə: Kooperativ binanın tikintisi tam başa çatdıqdan və sahələrin əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində MMMC-yə çevrilməsi barədə qərar qəbul edilməlidir.

Ətraflı məlumat üçün bizə müraciət edin
SABAH FMS
Sabah Facility Management
Sosial media hesablarımızdan bizi izləməyi unutmayın!