Tullantı yağların düzgün idarə olunması ətraf mühitin qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
Evlərimizdə istifadə etdiyimiz yağları mətbəx çanağına tökməyin ətraf mühitə nə qədər zərər verə biləcəyini bilirsinizmi? Bəli, xüsusən də qızartma üçün istifadə etdiyimiz bu yağları birbaşa kanalizasiyaya axıtmaq bir çox mənfi fəsadlara səbəb olur. Araşdırmalar göstərir ki, sulardakı çirklənmənin 25%-i bitki və heyvan mənşəli yağlardan qaynaqlanır.
Hər evdən ildə təxminən 10 kq-a yaxın işlənmiş yağ çıxır. Bu yağlar düzgün şəkildə toplanmayıb çanağa tökülkdə 1 milyon litr içməli suyu yararsız hala salır. Dənizlərə, çaylara və göllərə çatan çirkli sular oksigen səviyyəsini azaldaraq canlı aləminə ciddi zərər vurur.
Bəs, evlərimizin mətbəxlərində səbəb olduğumuz bu fəlakət tam olaraq necə baş verir?
Tullantı yağlar həyatımızı necə təhdid edir?
- Torpağa tökülən yağlar torpağı çirkləndirir və strukturunu pozur.
- Yeraltı sularımızın çirklənməsinə səbəb olur.
- Tullantı yağların yandırılması hava çirkliliyinə səbəb olur.
- Düzgün emal olunmayan tullantı yağlardan hazırlanan sabunlar dəri problemlərinə səbəb ola bilər.
- 1 litr bitki yağı tullantısı 1000 ton suyu yararsız hala gətirir.
Tullantı yağlar üçün nə edə bilərsiniz?
Evlərimizdəki tullantı yağları çanağa tökmək əvəzinə şüşə qablarda toplaya bilərik. Topladığımız bu yağları müvafiq toplama məntəqələrinə və ya təkrar emal qurumlarına təhvil verə bilərik.
Təkrar emal edilmiş tullantı yağlar harada istifadə olunur?
Təkrar emal edilən yağlar sənaye, kimya və enerji sektorunda geniş istifadə olunur. Məsələn, biodizel yanacağı, sabun və deterjan kimi təmizlik vasitələrinin istehsalında xammal kimi istifadə edilə bilər.