Sumqayıtda Azərbaycan və Almaniya nümayəndə heyətlərinin iştirakı ilə daşınmaz əmlakın idarə olunması üzrə dəyirmi masa keçirilib

Sumqayıtda Azərbaycan və Almaniya nümayəndə heyətlərinin iştirakı ilə daşınmaz əmlakın idarə olunması üzrə dəyirmi masa keçirilib

Almaniyanın Lüdviqshafen şəhər meriyasının rəhbər işçisi, cənab Klaus Dillinger - Ludviqshafen şəhərinin WEG- Iqtisadi İnkişaf Cəmiyyətinin İcraçı Direktoru və cənab Mixael Lung, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti və bir sıra sahibkarların iştirakı ilə Azərbaycan daşınmaz əmlak sektorunda çoxmənzilli yaşayış binalarının idarə olunması ilə bağlı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26.09.2023-cü il tarixində dəyirmi masa keçirilmişdir. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov, Sabah Facility Management Services MMC-nin təsisçisi Elxan Orucov, əmlak eksperti və media nümayəndəsi Elnur Fərzəliyev və digər qonaqlar iştirak etmişlər.


Tədbirdən görüntüTədbir, 44 günlük vətən müharibəsində respublikamızın işğal altında olan ərazilərini mənfur düşməndən azad edərkən, qəhramancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.


GörüşNümayəndə heyəti

Dəyirmi masada, Azərbaycanın Sumqayıt və Almaniyanın Lüdviqshafen şəhərləri arasında, 40 ildən çox bir keçmişə dayanan dostluq əlaqələrinin davam etdirilməsi, daşınmaz əmlakın idarə olunması, eyni zamanda ekoloji mühitin qorunub saxlanması və qeyri neft sektronun inkişafına dair fikir və təcrübə mübadiləsinin bugün olduğu kimi gələcək illərdə də davam etdirilməsi istiqamətində əlaqələrin davam etdiriləcəyi vurğulanmışdır. Tədbirin sonunda Sumqayıt şəhər İcra Hakimiyyəti başçıı hörmətli, Zakir Fərəcovun dəvəti ilə dövlətimiz adına qonaqlarımızın şərəfinə ziyafət verilmişdir.


Ziyafət və yekunSonda şəxsim adından, ölkəmiz adına təşkil edilən tədbirin təşkilatçısı, eyni zamanda Azərbaycan və Almaniya dövlətləri arasında əlaqalərin qurulmasında yaxından iştirak edən Şəfiqə Hacıəhmədovaya dəvət üçün dərin təşəkkürümü bildirirəm.

Xəbərdarlıq: Qeyd edilən yazılar və məqalələr SABAH FMS bloq komandası tərəfindən məlumat xarakterli hazırlanmışdır.
SABAH FMS
Sabah Facility Management
Sosial media hesablarımızdan bizi izləməyi unutmayın!