Qafqazinfo.az-da: Tikinti şirkətlərinin seçimi “SABAH” Management

Qafqazinfo.az-da: Tikinti şirkətlərinin seçimi “SABAH” Management

Nüfuzlu xəbər portalı Qafqazinfo.az-da SABAH Facility Management Services-in tikinti şirkətləri, yaşayış kompleksləri və kommersiya obyektləri üçün təqdim etdiyi peşəkar idarəetmə yanaşması barədə məqalə dərc olunmuşdur.

“Tikinti şirkətlərinin seçimi “SABAH” Management - Niyə biz?” başlıqlı yazıda yenilənmiş sabahfms.az platformasının sahibkarlar və yeni tikili çoxmənzilli bina sakinləri üçün daha sürətli, şəffaf və rahat xidmət imkanları yaratdığı vurğulanır.

Məqalədə SABAH FMS-in daşınmaz əmlak idarəetməsi sahəsində 8 ildən artıq təcrübəsi, Türkiyə, Qazaxıstan və Almaniya təcrübələrinin yerli bazara uyğunlaşdırılması, tikinti sonrası idarəetmə risklərinin əvvəlcədən planlaşdırılması və layihələr üçün facility management, konsaltinq, hüquq, maliyyə və texniki audit xidmətlərinin əhəmiyyəti qeyd olunur.

Yazıda əsas diqqət tikinti şirkətlərinin satışdan sonrakı mərhələdə qarşılaşdığı risklərə yönəlir: xərclərin düzgün hesablanmaması, kommunal tariflərin formalaşdırılmaması, hüquqi bazanın zəifliyi, sistemsiz nəzarət və maliyyə çatışmazlığı. SABAH FMS bu risklərin qarşısını almaq üçün rəqəmsal maliyyə sistemi, nağdsız ödəniş, avtomatik hesabat, CRM, texniki xidmətlərin planlı idarə olunması, təhlükəsizlik və kompleks hüquqi dəstək kimi həllər təqdim edir.

Məqalənin tam versiyasını Qafqazinfo.az saytından oxuya bilərsiniz:

Qafqazinfo.az: Tikinti şirkətlərinin seçimi “SABAH” Management - Niyə biz?
Warning: The noted posts and articles have been prepared for informational purposes by the SABAH FMS blog team. They do not constitute any official legal advice.
SABAH FMS
Sabah Facility Management
Sosial media hesablarımızdan bizi izləməyi unutmayın!