Layihələrin idarə olunması, təchizat xidmətləri və xüsusi B2B həllər.
Xüsusi xidmətlərin əhatə dairəsi və məsuliyyət sahəsi
Standart facility management xidmətləri ilə yanaşı, obyektin spesifik ehtiyaclarına uyğun xüsusi idarəetmə ssenariləri hazırlayırıq.
Obyektin saxlanılması üçün lazım olan bütün avadanlıq, kimyəvi vasitələr və materialların təchizatını ən əlverişli şərtlərlə həyata keçiririk.
Korporativ müştərilər üçün resepşn xidməti, ofis dəstəyi, tədbirlərin təşkili və heyət outsourcingi kimi xidmətləri tətbiq edirik.
Standartların kənarına çıxaraq, müştərilərimizə onların işini asanlaşdıran xüsusi həllər təqdim edirik. Hər bir müraciət fərdi layihə kimi dəyərləndirilir.
Təchizatdan tutmuş resepşn xidmətinədək bütün infrastruktur işlərini tək mərkəzdən idarə edərək, əməliyyat səmərəliliyini artırırıq.

Sorğunun spesifikasiyasının müəyyənləşməsi.
Fərdi həll ssenarisinin və büdcənin təqdimi.
Resursların ayrılması və icranın başlanması.
Daimi keyfiyyət və vaxt nəzarəti.
Layihə sonu yekun hesabat və təhvil-təslim.
ISO 9001, 14001 və 45001 idarəetmə sistemlərinin bütün əməliyyatlara tam inteqrasiyası.
Hər bir xidmət sahəsi üzrə peşəkar mülki məsuliyyət sığortası və risklərin obyektiv təhlili.
Ölçülə bilən xidmət keyfiyyəti və real vaxt rejimində əməliyyat fəaliyyətinin izlənilməsi.
SOP vasitəsilə texniki resursların və vaxtın beynəlxalq təcrübəyə əsaslanan səmərəli idarəsi.